Fukuyama: “Gürcü Arzusu” Qərblə deyil, Moskva ilə daha sıx bağlı olmaq istəyir

Stenford Universitetinin professoru Frensis Fukuyama deyir ki, Gürcüstanın hakim partiyası olan “Gürcü Arzusu” ABŞ-la sıx əlaqələr qurmaqdansa, Moskva ilə əlaqələrə üstünlük verir.


O, “Amerikanın Səsi”nə müsahibəsində “Agentlər haqqında” qanunun qəbulu və Gürcüstanda baş verən proseslərdən danışıb.

Jurnalist ondan “Gürcü Arzusu”nun məqsədinin nə ola biləcəyini və bunun Gürcüstanın Avropa gələcəyini və ABŞ-la ikitərəfli münasibətlərini nə üçün
riskə atdığını soruşub.

Fukuyama cavab verir:
“Gürcü Arzusu” Qərblə deyil, Moskva ilə daha sıx bağlı olmaq istəyir. Güman etmirəm ki, bu, Gürcüstanın Avropa İttifaqına üzvlüyünə mane olacağına görə onları xüsusilə incidir. Düşünmürəm ki, onlar [Gürcüstan] Avropa Birliyinin bir hissəsi olmasını istəmirlər. Buna görə də onlar bunun [namizədin] statusuna zərər verəcəyindən narazı olmayacaqlar. Mən də düşünmürəm ki, onlar hazırda ABŞ-la yaxın münasibətdə xüsusi maraqlıdırlar, çünki onlar Moskva ilə əlaqə saxlamağa üstünlük verirlər. İndiyə qədər bu, bir növ gizli məqsəd idi.

Onlar Moskvaya meyl edir və ruslara Avropa sanksiyalarından yayınmağa kömək edirdilər. Ruslara Avropa sanksiyalarından yayınmağa kömək edərək, onlar Moskvaya meyl etdilər. Bir çox Avropa malları Gürcüstandan Rusiyaya keçir. Ancaq rəsmi mövqe ondan ibarət idi ki, onlar Gürcüstanın Avropa Birliyinə, bəlkə də NATO-ya üzv olmasını istəyirlər. Amma məncə həmişə yalan danışırdılar. Onlar həqiqətən belə nəticəni istəmirlər. Düşünürəm ki, bu, Ukrayna ilə müharibədə iqbalın Rusiyaya meyl etməsi ilə bağlıdır. Bu, “Gürcü Arzusunu” Rusiyaya dəstək verməkdə daha açıq olmaqda azad etdi".


Fukuyama qeyd edir ki, ötən həftə nümayişçilərə qarşı edilən hücumlar və fiziki zorakılıq “işlərin hara getdiyini” göstərir.

"Onlar qanunun yekun qəbulunu gözləmədilər və qorxutma kampaniyasına başladılar. Bu onu göstərir ki, qanunun məqsədi xaricdən maliyyə alan QHT-ləri tənzimləmək deyil, Rusiyadakı qanun kimi müxalifət üzvləri üçün bundan da istifadə olunacaq”,
- Fukuyama bildirib.

O, həmçinin hesab edir ki, Gürcüstana qarşı ən böyük rıçaq mənbəyi müəyyən şəxslərə qarşı “məqsədli sanksiyalar”ın tətbiqidir.

"Avropanın Gürcüstan vətəndaşlarına təklif etdiyi vizasız rejimin ləğvi kimi ümumi sanksiyalardan istifadə etməyi məqsədəuyğun hesab etmirəm. Düşünürəm ki, ümumi sanksiyaları elə dəyişdirmək olar ki, parlamentdə qeyri-hökumət təşkilatlarına qarşı yönəlmiş qanunu dəstəkləyən şəxslərdən, eləcə də bəzi əsas məmurlardan, Gürcüstan hökumətindəki müxalifət qrupların səslərini boğmağa çalışanlardan, təzyiqlərin arxasında dayanan şəxslərdən viza tələb olunsun”.

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
თეგები: ABŞ Gürcü Arzusu Gürcüstan
FaceBook Twitter Google