Biz Azərbaycanın qanunsuz hücumlarını pisləyirik - Pelos Ermənistandadır
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelos Azərbaycanın Ermənistanda həyata keçirdiyi “qanunsuz” hücumları pisləyib və Ermənistanı dəstəklədiyini bildirib.

Pelosi parlamentin spikeri Allen Simonyan ilə keçirdiyi brifinqdə "Biz bu hücumları qətiyyətlə pisləyirik", - deyə bildirib.

Nensinin Ermənistana rəsmi səfəri sentyabrın 13-15-də tərəflər arasında baş verən və hər iki tərəfdən 210-dan çox insanın ölümü ilə nəticələnən sərhəd toqquşmalarından
sonraya təsadüf edir.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Ermənistan tərəfinin yaydığı məlumata görə isə Azərbaycan Ermənistan Respublikasının ərazisini bombalayıb, buna görə Yerevan münasibət bildirimək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: #armenia #azerbaijan
FaceBook Twitter Google