70 min lariyə qədər gəliri olan şəxslər mümkündür ki, vergiyə cəlb olunmasınlar - qanunvericilik təşəbbüsü
“Gəliri 70 min lariyə qədər olan şəxslər artıq vergiyə cəlb olunmaya bilər” – bu məsələ ilə bağlı qanunvericilik təşəbbüsü “Qirçi” partiyasına məxsusdur.

Parlamentin “Qirçi” siyasi qrupunun üzvü Herman Sabo brifinqdə siyasi qrupun hazırladığı və vergi məcəlləsinə dəyişiklikləri nəzərdə tutan yeni qanunvericilik təşəbbüsündən danışıb.

“Qanunvericilik təşəbbüsü cari qanunvericiliklə müəyyən edilmiş, il ərzində gəliri 40 000 və
100 000 laridən çox olan şəxslərə şamil edilən əmlak vergisinin dəyişdirilməsinə aid olacaq.

“Bu qanun 2010-cu ildə, larinin məzənnəsi fərqli olanda qəbul edilib. O vaxtdan bəri lari xeyli ucuzlaşıb, bizdə ikirəqəmli inflyasiya var və onsuz da yoxsul olan insanlardan daha çox vergi tutulur. Siyasi qrupun hazırladığı qanun layihəsinə görə, gəliri 70 min lariyə qədər olan şəxslərdən artıq vergi tutulmayacaq.

Qanunvericilik təşəbbüsünə əsasən, illik gəliri 70-175 min lari olan şəxslərdən əmlak dəyərinin 0,05%-dən 0,2%-dək, gəliri 175000-dən çox olan şəxslərdən isə əmlak dəyərinin 0,8%-dən 1%-ə qədər vergi tutulacaq”
- Herman Sabo bildirib.

Mənbə: BPN
Print ელ. ფოსტა
თეგები: Gürcüstan Gəlirlər xidməti vergi
FaceBook Twitter Google