Tsxinvali Gürcüstanda keçirilən hərbi təlimlərdən narahatdır
Tsxinvali Gürcüstan, Türkiyə və Azərbaycan xüsusi əməliyyat qüvvələrinin hərbçilərinin Gürcüstanda keçirilən “Qafqaz Qartalı 2022” birgə təliminə münasibət bildirib.

“Gürcüstanın hərbi-sənaye potensialının davamlı inkişafı və modernləşdirilməsi prosesi Cənubi Osetiyada ciddi narahatlıq yaradır. Rəsmi Tbilisinin güc tətbiq etməmək barədə razılığa gəlməməsi, Cənubi Osetiya sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi
Cənubi Qafqazda sabitliyin pozulmasına və hərbi-siyasi gərginliyə səbəb olan amildir”, -
Tsxinvali bildirib.

Son illər Osetiya tərəfi rəsmi bəyanatlarında təhdidləri Gürcüstan ərazisində keçirilən bütün hərbi təlimlərlə əlaqələndirir.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google