Vake parkında fəvvarəyə düşən uşaqları elektrik cərəyanı vurub.
Bu barədə “Rustavi2” məlumat yayıb. Hadisə 1 saat əvvəl baş verib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, uşaqlar fəvvarəyə düşən
topu götürmək istəyiblər.
Şahidlərinin sözlərinə görə, fəvvarəyə əvvəlcə bir uşaq, daha sonra
isə iki sinif yoldaşı daxil olub. Onların hər üçü təcili tibbi
yardım briqadası tərəfindən tibb
müəssisəsinə aparılıb.
Həkimlərin sözlərinə görə, Vake park fəvvarəsində elektrik
cərəyanı vuran uşaqların vəziyyəti ağırdır.
Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən Mülki
Məcəllənin 240-cı maddəsinin 1-ci hissəsi ilə obyektdə
təhlükəsizlik qaydalarını pozma, sağlamlığa az və ya ağır zərər
vurulması ilə bağlı araşdırmalara başlanılıb.