Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü
ildə Gürcüstanda bir ailəyə düşən orta aylıq gəlir (pul və
qeyri-pul fondları) əvvəlki illə müqayisədə 18,4% artaraq 1722 lari
təşkil edib.
Adambaşına düşən orta aylıq gəlir isə 20,5% artaraq 521 lari təşkil
edib. Sorğunun nəticələrinə görə, ailənin əsas gəlir mənbəyini pul
gəlirləri və köçürmələr təşkil edir ki, onun
xüsusi çəkisi 2023-cü
ildə əvvəlki illə müqayisədə 0,7 faiz bəndi artaraq 87,7 faiz
təşkil edib. Qeyd olunan göstərici şəhər tipli qəsəbələrdə 92 faiz,
kənd tipli qəsəbələrdə isə 79,7 faiz olmuşdur.
Özünüməşğulluğun gəlirlərinin xüsusi çəkisi 0,6 faiz bəndi azalaraq
11,8 faiz təşkil edib. Pensiya, təqaüd və sosial yardımdan əldə
edilən gəlirlərin xüsusi çəkisi əvvəlki illə müqayisədə 0,2 faiz
bəndi artaraq 21,8 faiz təşkil edib.
2023-cü ildə Gürcüstanda bir ailəyə düşən orta aylıq xərclər
əvvəlki illə müqayisədə 16,7% artaraq 1649 lari, adambaşına düşən
orta aylıq xərclər isə 18,7% artaraq 499 lari təşkil edib.
Araşdırmaların nəticələrinə görə, 2023-cü ildə əvvəlki illə
müqayisədə istehlak pul xərclərinin ümumi xərclərdə xüsusi çəkisi
1,3 faiz bəndi azalaraq 70,2 faiz təşkil edib.
Şəhər tipli qəsəbələrdə bir ailəyə düşən orta aylıq xərclər 23,5
faiz artaraq 1706 lari, kənd tipli qəsəbələrdə isə 5,7 faiz artaraq
1551 lari təşkil edib. İstehlak pul xərclərinin strukturunda ən
böyük pay ərzaq məhsulları, içkilər və tütün məmulatlarına sərf
olunur ki, onun da xüsusi çəkisi əvvəlki illə müqayisədə 3,1 faiz
bəndi azalaraq 38,7 faiz təşkil edib.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.