Biz Rusiya ilə vizasız rejimə yenidən baxmalı ola bilərik - Zurabişvili
Gürcüstan prezidenti Salome Zurabişvilinin qiymətləndirməsinə görə, indiki təcavüz şəraitində Rusiya ilə liberal viza rejimi daha az məqbul sayıla bilər və “biz buna yenidən baxmalı olacağıq”.

Bu barədə Salome Zurabişvili Moldova prezidenti Maya Sandus ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. İki ölkə prezidentinə elan edilən səfərbərliyə görə Rusiya vətəndaşlarının Gürcüstan və Moldovaya axınının bu ölkələr üçün
təhlükə törətməməsi ilə bağlı sual verilib.

“Rusiya vətəndaşlarının Gürcüstana girişi həqiqətən də problemdir. Deməzdim ki, bu, təhlükədir, amma problemdir. Onların arasında Gürcüstanın keçmiş vətəndaşları olsa da, müxtəlif səbəblərdən Gürcüstana gələn Rusiya vətəndaşları da var. Burada əsas odur ki, ictimaiyyət əmin olsun ki, təhlükə yaranmaması üçün bütün nəzarət mexanizmlərindən istifadə olunur. Bunun üçün mən hesab edirəm ki, daha çox ünsiyyət qurmaq, ictimaiyyətə daha çox məlumat vermək lazımdır ki, bütün mümkün təhdidlər, məsələlər əslində hakimiyyət tərəfindən nəzərə alınır. Ola bilsin ki, biz indiki şəraitdə kifayət qədər liberal olan və bu təcavüz şəraitində daha az məqbul sayıla bilən viza rejiminə yenidən baxmaq məcburiyyətində qalacağıq, amma bu, ictimaiyyətlə birlikdə və onu məlumatlandırmaq yolu hökumətin öz işidir”, - Salome Zurabişvili bildirib.

Maia Sandu isə müharibə ilə bağlı təhlükəsizlik risklərinin artdığını və sabitliyi pozmaq istəyənlərin Moldovaya girə bilməməsi üçün müvafiq qurumların əllərindən gələni edərək filtrdən istifadə etdiklərini qeyd edib.

“Hər şey nəzarət altındadır və bu baxımdan böyük problem yoxdur. Biz monitorinqi davam etdirməliyik və lazım gəldikdə hərəkət etməliyik”, - Maya Sandu əlavə edib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google