Kvemo Kartlidə işləyən, “Rus qanununa” etiraz edən mülki fəallara
və jurnalistlərə yad nömrədən zənglər edilir.
Mülki fəallar və jurnalistləri təhqir edirlər, rus qanunu
dəstəkləmədiyinə görə, onları vətən xaini adlandırırlar.
9 may tarixində, axşam saatlarında “Marneuli” radiosunun
jurnalistlər Tiko Davadze və Vladimer Çxitunidzeyə zəng olunub.
“Saat 19:49-da mobil telefonuma yad nömrədən
(+995551157315) zəng gəldi, müsahibimdən vacib
zəng gözləyirdim və
düşünmədən cavab verdim. Bir qadın danışmağa başladı – “Salam Tea,
siz bilirsinizmi ki, vətən xainisiniz?” – həm də mənə Tea deyə
müraciət etdi, məni bu adla demək olar heç kim tanımır. Soruşdum
ki, mənim şəxsi məlumatlarımı haradan əldə edib, yalnız bunu izah
edin dedim və bildirdi ki, bu mənim işim deyil.
Həmin nömrədən dünən fəal vətəndaşların çoxuna zəng vurublar.
Onların əsas məqsədi mülki fəal və jurnalistləri hədələməkdir və
mənim işıqlandırdığım materialları xəyanətkar adlandırmaqları necə
də gülməlidir. Bununla bizi qorxuda bilməzər və hər yerdə deyəcəyəm
– rus qanununa yox!”, – Tiko Davadze bildirir.
Həmin nömrə ilə mülki fəallara da zəng olunub. Mülki fəallar öz
səhifələrində yazırlar ki, ortayaşlı qadın onlara rəsmi adları ilə
müraciət edirmiş, onları ölkə düşməni adlandırıb və sonra telefonu
söndürürmüş.
Mülki fəallara Gürcüstan nömrəsi ilə yanaşı Azərbaycan
nömrələrindən də zəng gəlib. Mülki fəalların bir hissəsi
təhlükəsizliyi qorumaq məqsədilə zənglərə cavab verməyib.
“Dünən bir saat ərzində eyni nömrədən beş dəfə zəng
gəldi, Gürcüstan nömrəsi idi, amma cavab vermədim. Çünki ümumi
tövsiyə belədir ki, cavab verməyək. Bilmirəm kim idi və nə
istəyirdilər, amma son günlərdə yad npmrələrə cavab vermirəm. Bu
tendensiyaya gəldikdə isə, birmənalı hədələmə metodudur və bir ay
ərzində rus qanununa qarşı mübarizə aparan adamları qorxutmaq
istəyirlər. Onlara, ailə üzvlərinə zəng vururlar, 11 yaşlı uşağa
zəng vururlar ki, qorxutsunlar və onları, valideynlərini
hədələsinlər, heç kim küçəyə çıxmasın. Bu mümkün deyil. Əksinə, bu
hadisələrdən sonra daha çox adam çıxacaq. Biz görürük ki, qanun
hələ qəbul olunmayıb, amma “Gürcü Arzusu” format və metodları artıq
dəyişib. Partiyanın yanaşmasını və siyasətini bəyənməyən hər kəslə
hesablaşırlar”, – “Ai Fakt”-ın araşdırmaçı jurnalisti
Aydan Yusif bildirir.
9 may tarixində “Kvemo Kartli Mediasının” rəhbəri Manon Bokuçavaya
da yad nömrədən zəng vurublar.
“9 may tarixində mənim nömrəmə yad şəxs, 551 157 315
nömrəsindən zəng vurdu. Məni təhqir etdi – adım ilə müraciət edirdi
və deyirdi ki, mən “vətən xainiyəm”.
Bu indiki mərhələdə şifahi həyata keçirilən zorakılıqdır və
hədələmə ilə göstərirlər. Ancaq təəsüf ki, daha pisini gözləyirəm.
Ölkədə cərəyan edən və “rus qanunu”-nun qəbulu cəhdi ilə bağlı
proseslər artıq müstəqil jurnalist fəaliyyətinə ciddi təhlükə
yaradır. Bu təkcə jurnalist fəaliyyətinə aid deyil. Biz hər gün
insan haqlarının necə pozulduğunu, siyasi mühit baxımından Rusiya
və Belarusiyaya necə bənzədiyimizi görürük. Mühacirətdə olan, bu
ölkələrdən olan bir çox jurnalistlərlə şəxsən əlaqəm olub və indi
bizim keçdiyimiz yolu onlar da keçib. Təəssüf ki, onlar öz
ölkələrinin gələcəyini qoruya bilmədilər”, – Manon
Bokuçava bildirir.
Bolnisi qadın icması WW radiosunun təsisçisi Mariko Tsikoridzenin
ailə üzvünə də təhdid və təhqiramiz zəng olunub.
“Bu bütün hüquqi çərçivələri aşmış bir hərəkətdir. Bu
hökumətə qarşı inamsızlığı daha da artırır və təbii ki,
hakimiyyətin total zorakılığa səfərbər olması fikrini daha da
gücləndirir. Mən Parlament üzvlərindən dəhşətli şərhlər eşitdim ki,
bu qarşıdurmanı ictimaiyyət başlayıb və ilk olaraq onların
nömrələrini açıqlayıblar. Dövlət məmurları buna tam gücü ilə təzyiq
göstərirlər - marazm. Hakimiyyət ikiqat məsuliyyətə sahib olduğunu
unudub, hesab edirəm ki,ədalətli şəkildə qəzəblənmiş öz
ictimaiyyətinə qarşı mübarizə aparmaqdan böyük səviyyəsizlik
yoxdur, bu ölkəyə xəyanətdir.
Bizə zəng vuranda qanuna aksent etmədilər. Söyüş söyürdülər və anam
dedi: Siz necə ailədə böyümüsünüz, ananın yoxdurmu?. Ona cavab
olaraq övladına bax, xəyanətkar böyütmüsən dedilər”,
– Mariko Tsikoridze bildirir.
“Kvemo Kartli Mediasının” bəyanatına görə, onlar artıq Xalq
Müdafiəçisi Aparatına və Şəxsi Məlumatların Müdafiəsi Xidmətinə
müraciət ediblər. Zəngərlə əlaqədar “Marneuli” radiosu da Şəxsi
Məlumatların Müdafiəsi Xidmətinə müraciət edib.
Qeyd edək ki, 9 may tarixində, Marneulili mülki fəal Qiorqi
Mumladze hücuma məruz qalıb. Onu evinin yaxınlığında 4 maskalı şəxs
izləyib, Mumladze onları görüb, həmin şəxslər ona fiziki təzyiq
göstərib və Qiorqinin ona hücum etmək üçün istifadə etdiyi mobil
telefonunu əlindən alıblar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.