Gürcüstan 9 ayda qaz idxalına görə 87 milyon dollar çox ödəyib
Cari ilin 9 ayında Gürcüstana 2 048 534,0 m³ qaz idxal edilib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 1 644 768,0 m³ olub. Müvafiq olaraq, illik artım 24,5% təşkil edir.

İdxal olunan qaza görə ödənilən vergiyə gəlincə, ölkə yanvar-sentyabr aylarında təxminən 280 milyon dollar ödəyib. 2021-ci ilin müvafiq dövründə bu rəqəm 192,5 milyon
dollar olub. İllik artım 87 milyon dollar təşkil edir.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov bir neçə gün əvvəl Twitter-də yazıb ki, 9 ayda Azərbaycandan Gürcüstana 1,9 milyard kubmetr təbii qaz ixrac edilib.

Mənbə: BM
Print ელ. ფოსტა
თეგები: Gürcüstan qaz idxalı
FaceBook Twitter Google