Gürcüstan Rusiya neftinə keçib
Əvvəllər Gürcüstan neftin böyük hissəsini Rumıniya və Bolqarıstandan alırdısa, 2022-ci ildə ölkə iqtisadiyyatı Rusiya yanacağına keçib. Milli Statistika Xidmətinin bu gün açıqladığı hesabata görə, son bir ay ərzində ölkə 149 milyon dollar dəyərində neft alıb ki, bunun da 94 milyon dolları və ya 63 faizi Rusiya yanacağının payına düşüb. Müqayisə üçün qeyd edək ki, ilin əvvəlində
Rusiyanın neft idxalında payı 16% olub.

2022-ci ilin bütün ili ərzində Gürcüstan Rusiyadan 431 milyon dollar dəyərində yanacaq alıb ki, bu da əvvəlki illə müqayisədə 348% çoxdur.

Gürcüstanın sentyabr ayında aldığı neft ölkələr üzrə aşağıdakı kimi bölüşdürülür:

1. Rusiya Federasiyası - 93,6 milyon dollar (94,4 min ton), ümumi idxalda payı 63%;
2. Rumıniya - 19 milyon dollar (19 min ton), ümumi idxalda payı 13%;
3. Bolqarıstan - 10,2 milyon dollar (10 min ton), ümumi idxalda payı 7%
4. Türkmənistan - 9,8 milyon dollar (9,2 min ton), ümumi idxalda payı 7% təşkil edir.


Orta qiymətə gəlincə, sentyabrda Gürcüstanın aldığı Rusiya yanacağının orta qiyməti bir ton üçün 991 dollar, Rumıniya yanacağının qiyməti bir ton üçün 1000 dollar; Bolqarıstan yanacağının qiyməti 985 dollar, türkmən yanacağının qiyməti isə 1060 dollar olub.

Mənbə: BM
Print ელ. ფოსტა
თეგები: Gürcüstan İdxal İxrac Neft Rusiya
FaceBook Twitter Google