Azərbaycanla Gürcüstan qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində əməkdaşlığı genişləndirəcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, agentliyin sədr müavini Rəşad Mafusov Gürcüstanın Milli Qida Agentliyinin rəis müavini Vasili Basiladze ilə görüşüb.

Görüş zamanı AQTA-nın fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata
keçirilən tədbirlər barədə Gürcüstan nümayəndə heyətinə məlumat verilib.

Həmçinin görüşdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində Gürcüstanla əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.

Mənbə: azertac.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google