Gürcüstan hansı təşkilatlara və ölkələrə borcludur?
Gürcüstanın Maliyyə Nazirliyi sentyabr ayı üçün ölkənin xarici borcunun statistikasını açıqlayıb.

Sənədə əsasən, Gürcüstanın xarici borcu hazırda 21,5 milyard lari təşkil edir ki, bu da 2022-ci ilin yanvar ayı ilə müqayisədə 3,2 milyard lari azdır. Bu dövrdə borcun azalması larinin məzənnəsinin möhkəmlənməsi ilə bağlıdır.

Gürcüstanın ən böyük borcu Dünya Bankı Qrupunadır. Tam statistika aşağıdakı kimidir:

1. Dünya Bankı Qrupu - 1,92 milyard dollar;
2. Asiya İnkişaf Bankı (AİB) - 1,79 milyard dollar;
3. Avropa İnvestisiya Bankı (AİB) - 781,5 milyon dollar;
4. Fransa - 617,1 milyon dollar;
5. Almaniya - 567,2 milyon dollar;
6. Avrobond - 500,0 milyon dollar;
7. Milli Bankın BVF-yə borcu - 421,7 milyon dollar;
8. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) - 212,5 milyon dollar;
9. BVF-yə dövlət borcu - 190,0 milyon dollar;
10. Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) - 177,7 milyon dollar;
1
1. Yaponiya - 145,1 milyon dollar;
12. Avropa İttifaqı (Aİ) - 128,9 milyon dollar;
13. Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) - 33,9 milyon dollar;
14. Rusiya - 25,4 milyon dollar;
15. Avstriya - 13,5 milyon dollar;
16. Amerika - 12,4 milyon dollar;
17. Küveyt - 11,5 milyon dollar;
18. Avropa Şurasının İnkişaf Bankı (CEB) - 8,4 milyon dollar;
19. Türkiyə - 6,3 milyon dollar;
20. Qazaxıstan - 3,5 milyon dollar;
21. Azərbaycan - 3,2 milyon dollar;
22. Ermənistan - 2,9 milyon dollar;
23. İran - 2,4 milyon dollar;
24. Nordic Environmental Finance Corporation (NEFCO) - 1,9 milyon dollar.


Daxili borca gəlincə, onun həcmi 6,7 milyard lari təşkil edir.

Mənbə: BM
Print ელ. ფოსტა
FaceBook Twitter Google