Qardabanili kikboksçu Türkiyədə keçirilən yarışada qələbə qazanıb (VİDEO)
Qardabanili kikboksçu Özcan Əhmədov Türkiyənin İzmir şəhərində keçirilmiş “Ümit Fight Arena 4 Kickboxing” yarışında rəqibini məğlub edərək, qələbə qazanıb. 17 dekabr tarixində keçirilən yarışda o, ilk peşəkar yarışına çıxıb. 19 yaşlı idmançı Özcan Əhmədovun rəqibi 62 kq çəki dərəcəsində Türkiyə yığmasının idmançısı, “WAKO” Avropa çempionu, “WAKO” dünya ikincisi Ali Koyuncu olub. Ağır keçən döyüşdə Əhmədov Türkiyəli rəqibinə texniki nokautla qalıb gəlib.

“Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi”-nin sədri Tofiq Əkbərov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onlar bu yolda illərdir, əziyyət çəkirlər və artıq öz zəhmətlərinin bəhrəsini görürlər. O, onların yanında olub, onlara dəstək olan insanlara təşəkkürünü bildirdi.
Əkbərovun sözlərinə görə, on nəfərdən artıq idmançıları gələn il müxtəlif peşəkar liqalarda iştirak edəcəklər. Həmin istiqamətdə işləyirlər və danışıqlar aparırlar.

Tofiq Əkbərovun dediyinə görə, bu ayın sonunda ilin yekunlarına dair tədbir keçirəcəklər və cəmiyyətə gördükləri işlər barədə məlumatlar verəcəklər.

Qeyd edək ki, Özcan Əhmədov Gürcüstan Kikboksinq Taiboksinq Milli Federasiyasının üzvü və kikboks üzrə beşqat Gürcüstan çempionudur. 2019-cu ildə Almaniyanın Nordhorn şəhərində keçirilən yeniyetmələr arasında yarışda K1 üzrə WFMC üzrə dünya çempionluğunu qazanıb. Bununla yanaşı bu ilin 1-6 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən “World Martial Arts Championship 2022” yarışında Özcan Əhmədov böyüklər arasında keçirilən K1 üzrə dünya çempionu adına da layiq görülüb.

Onu da əlavə edək ki, Özcan Əhmədov Qardabanidə fəaliyyət göstərən “Qaracalar” idman klubunun idmançısıdır. Onun baş məşqçisi isə İsfahan Əliyevdir.


Print ელ. ფოსტა
თეგები: Gürcüstan Kikboks Qardabani Türkiyə
FaceBook Twitter Google