Gürcüstan millisi AVRO-2024-ə hazırlıq toplantısını Gürcüstanda
deyil, Avstriyada keçirəcək.
Bu barədə mətbuata Gürcüstan Futbol Federasiyasının
vitse-prezidenti Aleksandr İaşvili məlumat verib.
İaşvilinin sözlərinə görə, buna səbəb Avropa çempionatında da
iştirak edən və Tbilisiyə gəlməkdən imtina edən milli komandaların
yoldaşlıq görüşlərində əvvəlcədən razılaşdırılmış mövqeyidir.
Milli komanda mayın 28-də məşqlərə başlayacaq. Federasiyanın
vitse-prezidentinin sözlərinə görə, Gürcüstan millisi iyunun
2-də
Avstriyada qarşılaşacaq. Hazırlıq mərhələsi çərçivəsində iyunun
9-da millimiz Podqoritsada Monteneqro millisi ilə yoldaşlıq oyunu
keçirəcək.
Gürcüstanın futbol yığması tarixdə ilk dəfə olaraq bu il iyunun
14-dən iyulun 14-dək Almaniyada keçiriləcək Avropa çempionatında
mübarizə aparacaq. Gürcüstan millisi Türkiyə, Çexiya və Portuqaliya
ilə birlikdə F qrupunda mübarizə aparacaq.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.