Valideynlər müəllimin zorakı metoduna haqq qazandırırlar
Marneuli bələdiyyəsinin Qırıxlı kənd ictimai məktəbinin gürcü dili müəllimi Rəhman Musayev vəzifəsini tərk edib.


Məlumata görə, pedaqoq 4-cü sinif şagirdlərini cəzalandırmaq məqsədi ilə dizi üstə qoyub. Marneuli Təhsil Resurs Mərkəzindən faktla bağlı münasibət bildirirlər və qeyd edirlər ki, Qırıxlı məktəbində baş vermiş hadisəni qınayırlar.

Bu kimi hərəkətlər Resurs Mərkəz üçün qəbuledilməzdir. Müəllim artıq ərizə yazıb
və rəhbərlik tərəfindən qəbul edilib. Məsələ nizam-intizam komitəsi tərəfindən araşdırıldı və müvafiq olaraq, məktəb bu məsələ ilə məşğul olacaq”, – Resurs Mərkəzin nümayəndəsi İrma Davadze bildirdi.

Rəhman Musayev “Marneuli” radiosunun zənglərinə cavab vermir. Təhsil müəssisəsinə getdiyimiz zaman isə bildirdilər ki, direktor məktəbdə deyil. Məktəb ərazisinə valideynlər toplaşıb və demək olar ki, Rəhman Musayevə haqq qazandırırlar.

“Rəhman mənim qohumum deyil. Amma yaxşı adamdır, bizim kəndin deputatıdır. Biz istəyirik ki, o, məktəbə qayıtsın. Bura başqası gəlib belə tədris etməyəcək. Mən bu məktəbi bitirmişəm. Salam sözündən başqa heç nə bilmirəm. Uşaqlar gürcü dilini yaxşı öyrənirlər. Məktəbə qayıtsın, ərizəsini geri götürsün və işləsin, yalnız bunu istəyirik”.

“Rəhman müəllim yaxşı adamdır, istəyirəm qayıtsın və öz işinə davam etsin”.

“Rəhman müəllim çox yaxşı müəllimdir. Nə ilə maraqlanırsınız, özündən soruşun. 4-cü sinifdə gürcü dili dərsi keçirdi. 10 ildən artıqdır, bu məktəbdə işləyir”, – Qırıxlı məktəbinin ərazisində toplanmış valideynlər bildirdilər.

Rəhman Musayev müəllimliklə yanaşı Marneuli Bələdiyyə Məclisinin üzvü olub.

Faktla bağlı Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb. Mətbuat Xidmətindən bildirdilər ki, Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə istintaq aparılır. Maddə məcbur etməni nəzərdə tutur.
Print ელ. ფოსტა
FaceBook Twitter Google