DİN Marneulidə həddi-büluğa çatmamış şəxsin məcburi nişanlandırılması faktına görə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyi 15 yaşlı qızın məcburi nişanlandırılması ittihamı ilə bir nəfəri saxlayıb. Bu barədə DİN-dən “Marneuli” radiosuna məlumatı təsdiq ediblər və bildiriblər ki, qız indi təhlükəsiz yerdədir.

Baş vermiş faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126 prima və 150-ci maddələri ilə istintaq aparılır.

126-cı maddə zorakılığı, 150-ci maddə isə məcburetməni nəzərdə tutur.

“Marneuli” radiosunun məlumatına görə, saxlanılan şəxs yetkinlik yaşına çatmamış yeniyetmənin ailə üzvüdür.

Yerli mətbuat Aktual.ge-nin məlumatına
görə, Marneulidə 15 yaşlı qız itib. Hadisə 2 fevral tarixində baş verib. Yeniyetməni zorla nişanlandırırmışlar və buna görə 15 yaşlı qız evdən qaçıb.


Print ელ. ფოსტა
FaceBook Twitter Google