Şovidə xidməti vəzifəsini yerinə yetirərkən polis mayorunun halı pisləşib və dünyasını dəyişib - Daxili İşlər Nazirliyi
DİN - Polis mayoru Mirian Çelidze təbii fəlakət zonasında xilasetmə tədbirləri çərçivəsində ictimai asayişi qoruyarkən, halı pisləşib və xəstəxanaya çatdırılana qədər dünyasını dəyişib

Daxili İşlər Nazirliyinin məlumatına görə, Ambrolauri rayon şöbəsinin müstəntiqi, 48 yaşlı Mirian Çelidze təbii fəlakət zonasında xidməti vəzifəsini yerinə yetirərkən dünyasını dəyişib.

Nazirlik Çelidzenin vəfatından kədərləndiyini bildirir.

“Daxili İşlər Nazirliyi Ambrolauri rayon administrasiyasının
istintaq şöbəsinin müstəntiqi, 1975-ci il təvəllüdlü Mirian Çelidzenin vəfatından dərin hüznlə kədərləndiyini bildirir.

Oni bələdiyyəsində xidməti vəzifəsini yerinə yetirən polis mayoru, təbii fəlakət zonasında davam edən xilasetmə əməliyyatları çərçivəsində ictimai asayişi qoruyarkən, halı pisləşib və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Mirian Çelidzenin vəfatı ilə əlaqədar Daxili İşlər Nazirliyi mərhumun ailəsinə, yaxınlarına və əməkdaşlarına dərin hüznlə başsağlığı verir”,
- Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.



Print ელ. ფოსტა
თეგები: Daxili İşlər Nazirliyi DİN Şovi
FaceBook Twitter Google