Makaron arıqlamağa kömək edir
Makaron məmulatlarla qidalanma çəki artımına yol açmır və hətta insanın arıqlamasına kömək edir.

Kanadalı tədqiqatçılar belə bir nəticəyə gəlib. Bu haqda elmi məqalə “EurekaAlert” nəşrində dərc olunub.

Alimlər makaronla qidalan 2500 nəfərin iştirak etdiyi 30 araşdırmanın nəticələrini təhlil edib. Könüllülər həftədə üç dəfə yarım boşqab porsiya makaron yeyib.

Maraqlıdır ki, üç ay davam edən
eksperimentdən sonra könüllülər orta hesabla 500 qram arıqlayıb.

Mediklərin sözlərinə görə, makaron məmulatlar balanslaşdırılmış pəhriz ilə qəbul edildikdə çəkinin artmasına və piy qatının yığılmasına yol açmır. Bu sözügedən məhsulun aşağı qlikemik indeksi ilə əlaqədardır.

Saglamolun.Az
Print ელ. ფოსტა
თეგები: Müalicə Xalq təbabəti Xəstəlik
FaceBook Twitter Google