Universitetlərdən kənar qalmış abituriyentlərlə bağlı Nazirlik gələn həftə qərar verəcək

Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi keçid balını toplamalarına baxmayaraq universitetlərə daxil ola bilməyən abituriyentlərin məsələsini gələn həftədən müzakirə edəcək.

Nazirlikdən “Marneuli” radiosuna verilən məlumata görə, məsələ ilə bağlı məlumatlandırılblar, nazirlə məsləhətləşmələr də keçirilib və bir neçə gün ərzində məsələ ilə bağlı qərar veriləcək.

Qeyd edək ki, abituriyentlər universitetə daxil olmaq üçün güzəşt olunmasını siyasi
güc vasitəsilə tələb edirdilər. “Avropalı Gürcüstan” partiyasının nümayəndəsi Əhməd İmamquliyevin dediyinə görə, ona 482 nəfər müraciət edib. Bunlardan əksəriyyəti isə Kvemo Kartlidə yaşayır. O, deyir ki, onlara daha bir imkan verilməlidir.

İmamquliyevin dediyinə görə, abituriyentlərin əsas problemi düzgün məlumat ala bilməmələridir. Düzgün məlumat almamaq dedikdə isə o, abituriyentlərin müraciət fomasında istədikləri qədər universitet göstərə biləcəkləri barədə məlumatlarının olmamasını nəzərdə tutur.

 

 

Print Email
FaceBook Twitter Google