“Ukrainskaya Pravda” – Mixeil Saakaşvili 24 aprel tarixində Baş nazirin müavini vəzifəsinə təyin oluna bilər
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ukrayna Baş nazirinin islahat məsələləri üzrə müavini təyin oluna bilər. Artıq “Sluqa Naroda” fraksiyasının deputatları ilə qeyri-rəsmi danışıqlara və onun Ukrayna hökumətinə təyin olunmasına dəstək üçün razılıq alınmasına başlanıbdır.

Bu haqda “Ukrainskaya Pravda” fraksiyadakı etibarlı mənbəyə əsaslanaraq yazır. Mətbuatın verdiyi məlumata görə, Saakaşvili “Sluqa Naroda” fraksiyasındakı kiçik qruplarla görüşür. Mətbuatın məlumatına görə,
fraksiyanın cümə günü saat 11:00-da keçirilən iclasında Mixeil Saakaşvili də işitrak edəcəkdir.

Qeyd olunan mətbuatın məlumarına görə, Mixeil Saakaşvili Baş nazirin müavini vəzifısinə 24 aprel tarixində təyin ola bilər. Saakaşvilinin bəyantına görə, o, Ukrayna dövlətinin təklifini qəbul etməyə hazırdır.

Print Email
FaceBook Twitter Google