Bakıda cinayətkarın saxlanması zamanı üç polis və bir mülki şəxs həlak olub
İyunun 24-də səhər Bakının Şüvəlan qəsəbəsində əvvəllər məhkum olunmuş Rövşən Allahverdiyev (1986-cı ildə anadan olub) saxlanılarkən silahlı müqavimət göstərib.

Allahverdiyev ailə üzvlərinin arxasında gizlənərək “Lancaster” markalı ov tüfəngindən atəş açıb, üç polis məmurunu və bir mülki şəxsi öldürüb. Bu barədə Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun birgə məlumatında deyilir.

Rövşən Allahverdiyev cavab atəşilə öldürülüb, faktla
bağlı cinayət işi açılıb, istintaq gedir.

Onu da əlavə edək ki, xidməti vəzifələrini yerinə yetirərkən həlak olanlar - polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərovdur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google