Araxamiya Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiq
edilməsindən danışır, bu, çoxsaylı xeyriyyə layihələrinin
dayandırılması deməkdir.
Bu sözləri Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze
deyib.
Onun sözlərinə görə, Bidzina İvanişvili artıq Gürcüstanda
xeyriyyəçilik üçün 3 milyon dollar xərcləyib:
"Bütün bunlar kimə lazım ola bilər? İctimaiyyət bunu
müzakirə etməlidir. Bidzina İvanişvilinin vəsaitləri ilə bağlı bir
məsələni ictimaiyyətə xatırlatmaq istərdim. Bidzina İvanişvili ötən
ilin yanvarında siyasətdən getdiyini, ailəsi üçün cəmi 200 milyon
dollar sərvət saxlayacağını, pulun qalan hissəsini tamamilə
xeyriyyə məqsədləri üçün xeyriyyə fonduna yönəldildiyini
bildirmişdi. Bidzina İvanişvili artıq Gürcüstanda xeyriyyəçilik
üçün 3 milyon dollar xərcləyib və bunun nə üçün istifadə edildiyi
hamıya məlumdur və gələcəkdə çoxlu layihələr planlaşdırılıb.
Onların arasında məbədlərin saxlanması və bərpası, teatrların
bərpası, Tiflis Mərkəzi Parkının reabilitasiyası var, bu layihələr
müəyyən şəxslər tərəfindən şübhə altına
alınır”.
Xatırladaq ki, Ukrayna Radasının fraksiyasının lideri Davit
Araxamiya bildirib ki, İvanişvili və komandası Gürcüstanda
hakimiyyətin bütün qollarını ələ keçirib və İvanişviliyə qarşı
sanksiyalar həyata keçirilməlidir.