Marneulili idmançılar Tbilisidə keçirilən ölkə çempionatında iştirak ediblər (FOTO)
Marneulili idmançılar Tbilisidə keçirilən ölkə çempionatında iştirak ediblər. Çempionata Marneulidən üç idman klubu qoşulub. Onlar “BARLAS” döyüş klubu, “Cəlil Səfərov” adına idman klubu və “Görarxı” idman klubudur.

Yarışda “Barlas” döyüş klubundan 5 idmançısı iştirak edib. Döyüş klubunun rəhbəri Faiq Məmmədovun sözlərinə görə, onun rəhbərlik etdiyi klubun bir idmançısı Gürcüstan çempion olub.

“Yarışda mənim idman klubumdan
5 idmançı iştirak edirdi. Onlardan biri 51 kq çəki dərəcəsində döyüşən Nicat Əlizadə uğurla çıxış edərək Gürcüstan çempionu oldu. Böyüklər arasında keçirilən yarışda döyüşən Altun Əsgərov isə üçüncü yerə çıxdı. Digər idmançılarım isə məğlub oldular”.
Çempionatda iştirak edən “Cəlil Səfərov” adına idman klubunun idmançıları da uğurla çıxış ediblər. Klubun baş məşqçisi Namiq Səfərovun sözlərinə görə, onun idmançıları qələbə qazanmaq üçün əllərindən gələni ediblər.

“Mənim iki idmançım – Nazim Səfərov və Rəvan Koxayev qızıl, Murad Əliyev və Əli Məcidov gümüş, bir idmançım, İbrahim Budaqov isə bürünc medal qazandılar. Bu bizim idman klubu üçün yaxşı bir nəticədir”.
Marneulidən olan idmançılardan biri Macarıstanda keçiriləcək yarışa vəsiqə qazanıb. Həmin idmançı “Görarxı” idman klubunun idmançısıdır. İdman klubunun rəhbəri Tofiq Əkbərovun sözlərinə görə, ölkə çempionatına onun idman klubundan 5 idmançı qatılıb.

“Tbilisidə keçirilən yarışa mənim idman klubumdan 5 idmançı getmişdir. Mənim idmançım olan Musa Hüseynov çempion oldu. O, 30 kq çəki dərəcəsində döyüşürdü. 4 döyüş keçirdi və Gürcüstan çempionu oldu. Bir idmançım, Bayram Hacıyev ikinci yerə çıxdı. Digər üç idmançım isə məğlub oldular. Həmçinin Musa Hüseynov bu qələbəsi ilə sentyabr ayında Macarıstanın Budapeşt şəhərində, gənclər arasında keçiriləcək “WAKO döyüş növləri” üzrə yarışda iştirak edəcək”.
Yarışda Qardabani, Bolnisi və Laqodexidən olan idman klubları da iştirak ediblər. Həmin idman klublarının idmançıları da medallar qazanıblar. Çempionatda iştirak edən “Qaracalar” idman klubunun 7 idmançısı yaxşı nəticələr əldə ediblər. Qardabanili məşqçi İsfahan Əliyevin sözlərinə görə, bu cür yarışlarda iştirak etmələrində əsas məqsəd regionda idmanın inkişafıdır.

“Bizim idman klubundan 11 idmançı qatılmışdı. Onlardan Fətullah Xəlilov, Yunus Hacıyev, Alsu Sofieva və Elvira Əhmədova 1-ci yeri qazandılar. Adəm Babayev isə 2-ci yerə çıxdı. Əmrə Hacıyev və Yamir Məmmədov isə üçüncü yerə çıxdılar. Bizim əsas məqsədimiz isə gənclərə dəstək olmaqdır”, – İsfahan Əliyev dedi.
16 idmançı ilə yarışa qatılan “Qardabani Fight Kickboxing” klubunun məşqçisi Hacı Vəliyevin dediyinə görə, onun 4 idmançısı qələbə qazanıb.

“Mənim 9 idmançım medal qazandı. Onlardan 4 nəfəri – Nihat Sofiev, Kərim Vəliyev, Malik Əliyev və Canər Məmmədov respublika çempionu oldu. 4 idmançım – Allahverdi Kərimov, Ümid Mustafayev, Həmid Ömərov və Famil Qarayev ikinci və bir idmançım – Cəlil Məsimov isə üçüncü yeri qazandı. Növbəti yarışlara da hazırlaşırıq. Ümid edirəm ki, gələcək yarışlarda da böyük uğurlar qazanacağıq”.
Çempionatda Bolnisi rayonunun Aşağı Qoşakilsə kəndində fəaliyyət göstərən “İnam kikboks klubu”nun idmançıları da iştirak ediblər. Klubun baş məşqçisi Şahin Bəxtiyarovun sözlərinə görə, onun klubundan 12 idmançı iştirak edib.

“İdmançılar mənim rəhbərliyim altında qatılmışdılar. Mənim idmançılarım k-1 üzrə döyüşdülər. Onlardan Məhəmməd Alməmmədov, Nuru Kələyev və Sənan Salahlı birinci, Mübariz Mehrabov, Rifat Məmmədov və Nihat Hacıyev ikinci və 5 idmançım isə üçüncü oldu. Təəssüflər olsun ki, bir idmançım uduzdu”, – Şahin Bəxtiyarov dedi.
Ölkə çempionatında Laqodexi rayonunun Qabal kəndində yeni fəaliyyətə başlamış “Sport Fight Club Kabal” idman klubunun yetirmələri də iştirak ediblər. Qabaldan yarışa 9 idmançı qatılıb.

“Bizim klub yeni yaradılıb. Bu yarışda 9 idmançı ilə iştirak etdik. Onlardan Eşqin Quliyev birinci yerə çıxdı. Sahil Namazov ikinci yeri qazandı. Rauf Əliyev, Emir Məhərrəmov, İsə Axundov, Turay Məmmədov, Coşqun Cəfərov, Sərxan Nəbiyev və Oruc Əliyev üçüncü yeri qazandılar”, – Yavər Məmmədov dedi.
Yarış Gürcüstan Milli Tayboks və Kikboksinq Federasiyasının təşkilatçılığı ilə 31 may, 1 və 2 iyun tarixlərində keçirilib. Çempionatda 290 idmançı iştirak edib. Yarışda Marneuli ilə yanaşı Tbilisi, Qardabani, Bolnisi, Rustavi və Gürcüstanın müxtəlif bölgələrindən olan idmançılar da iştirak ediblər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google