Qaribaşvilinin sözlərinə görə, Rusiya və NATO dövlətləri III Dünya Müharibəsinin mümkünlüyündən danışırlar
“Gürcü arzusu”nun sədri İrakli Qaribaşvilinin sözlərinə görə, “Ukraynada müharibə dayanmır” və nüvə müharibəsi ritorikası qarşı-qarşıya duran güclərin – Rusiya və Qərbin hökumətlərinin nümayəndələrinin dilindən eşidilir.

Qaribaşvili deyir ki, bu çətin geosiyasi vəziyyətdə sülhə alternativ yoxdur. Qaribaşvili iddia edir ki, oktyabrda seçim bir tərəfdən sülh, sabitlik və inkişaf, digər tərəfdən xaos və müharibə arasındadır.

“Daxili vəziyyəti regiondakı vəziyyət,
geosiyasi vəziyyət daha da mürəkkəbləşdirir. Bu gün biz bir daha Ukrayna müharibəsinə toxunduq. Bu müharibə dayanmır. Biz nüvə müharibəsi ehtimalı, 3-cü dünya müharibəsi ehtimalı ilə bağlı ritorika görürük və bunu birbaşa qarşı tərəfin dövlət rəsmilərindən eşidirik. Yəni Rusiya və Qərb, NATO dövlətləri. Ona görə də belə çətin və gözlənilməz şəraitdə diqqətli, tədbirli və möhkəm olmalıyıq. Biz ölkədə heç bir gözlənilməz inkişafa yol verməməliyik”,
- deyən Qaribaşvili əlavə edib ki, “Gürcü arzusu” seçkilərdə dördüncü müddətə qalib gəlməyə hazırlaşır.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google