“BEEZ FİLM” studiyası Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş film çəkib (VİDEO)
Qardabanidə fəaliyyət göstərən “BEEZ FİLM” studiyası tərəfindən qısametrajlı film çəkilib. Film Azərbaycanın məşhur şairi Mikayıl Müşfiqin xatirəsinə həsr olunub.

“BEEZ” Uşaq Teatrının bədii rəhbəri və Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının keçmiş aktyoru Binəli İslamoğlunun sözlərinə görə, film “N°1 1 0 9” adlanır. O, “Marneuli” radiosuna bildirdi ki, filmin ərsəyə gəlməsində onlara heç kim dəstək
olmayıb və öz imkanları ilə çəkiblər.

“Bu qısa filmdə Mikayıl Müşfiqi az da olsa, yad etməyə çalışdıq. UNUTMA! UNUTDURMA! Müşfiq kimi bir çox dəyərli şair və insanlar Stalin repressiyasının qurbanı olublar. Filmdə onu göstərməyə çalışdıq ki, 1937-ci il hələ də günümüzdə başqa adlar altında davam edir. Bu minlərlə günahsız körpələrin, insanların ölümüdür. Onlar buna ədalət deyirlərsə, biz bu ədaləti qəbul etmirik”, – Binəli İslamoğlu dedi.

Rollarda “BEEZ” Uşaq Teatrının balaca aktyorları – İslam Akif, Nuri Qurbanov, Rabiyə Əhmədova, Səma Ləzgiyeva, Məryəm Əliyeva, Zəhra Akif, Seymur Muradov və Əzəm Əfəndiyeva da oynayıblar.

Filmin rejissoru və ideya müəllifi “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğlu, qrim və operatoru AzMus, rəssamı isə Rasim Həsənovdur.

Film Hüseyn Cavidin “Azər” poeması və Xəlil Rza Ulutürkün “Davam edir 37” şeirinin motivləri əsasında hazırlanıb.

Həmin videonu sizə təqdim edirik:



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google