İrakli Kobaxidze dünya liderləri ilə birlikdə Berlində Ukraynanın bərpasına dair konfransda iştirak edəcək
Gürcüstanın baş naziri İrakli Kobaxidze dünya liderləri ilə birlikdə iyunun 11-12-də Berlində keçiriləcək Ukraynanın Bərpası Konfransında (URC2024) iştirak edəcək.

Onların sözlərinə görə, tədbirin əsas məqsədi Ukraynanın bərpası, yenidən qurulması, islahatları və modernləşdirilməsi üçün beynəlxalq dəstəyi səfərbər etməkdir.

“URC2024 dörd tematik sahəyə diqqət yetirəcək: bərpa və iqtisadi artım üçün özəl sektorun səfərbər edilməsi; Ukraynanın gələcəyi üçün sosial
bərpa və insan kapitalı; bələdiyyələrin və regionların bərpası; Aİ-yə üzvlük və əlaqədar islahatlar.

Konfrans çərçivəsində həmçinin makroiqtisadi sabitlik, dayanıqlıq və təhlükəsizlik, infrastruktur, mənzil, enerji, ətraf mühitin mühafizəsi, səhiyyə, təhsil və s. mövzular ətrafında müzakirələr aparılacaq.

Avropa İttifaqına üzv dövlətin ilk dəfə ev sahibliyi edəcəyi yüksək səviyyəli siyasi tədbirdə dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatların və maliyyə institutlarının, biznes və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Hökumət başçısı xarici işlər naziri İlya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianinin də daxil olduğu nümayəndə heyəti ilə birlikdə Berlinə gedib”,
- məlumatda deyilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google