Zurabişvili nəyə dair referendum keçirmək istədiyini izah edib

Gürcüstan prezidenti Salome Zurabişvili referendumla bağlı təklifini izah edib və bildirib ki, onun məqsədi konstitusiyanı təkrarlamaq deyil.



Zurabişvili qeyd edib ki, Gürcüstanın Avroatlantik istəkləri artıq Gürcüstan Konstitusiyasında öz əksini tapıb və referendumda ölkənin Avropa gələcəyini xilas etmək üçün fəaliyyət planı kimi “Gürcü Xartiyası” ilə bağlı sual verilməlidir:

Referendum konstitusiyanın bir daha təkrarlanması üçün deyil. Konstitusiya Avropaya
inteqrasiyanın Gürcüstanın yolu olduğunu təsbit etdi. Referendumda Gürcü Xartiyasının Avropanın bu gələcəyini xilas etmək üçün fəaliyyət planı olduğuna dair sual verilməli və imzalar toplanmalıdır.

Bu, referendum kampaniyasını bölgələrə aparmaq və Xartiyanın nə olduğunu izah etmək üçün bir növ məşqdir, seçkiqabağı məşqdir — bizi Konstitusiyada yazılan Avropa yoluna aparan budur və bunu heç nə dəyişməyəcək.

Dünən, iyunun 11-də prezident Salome Zurabişvili gənclərlə görüş keçirib və onların suallarını cavablandırıb.

Referendumla bağlı təklifə gəlincə, prezident Salome Zurabişvili "Rus qanunu"na qarşı qoyulan vetonu aradan qaldırdıqdan sonra parlamentin qarşısına toplaşan vətəndaşlara müraciət edərək, onları oktyabrın 26-na təyin edilmiş parlament seçkilərinə enerjilərini yönəltməyə çağırıb.

Zurabişvili ilk olaraq mitinqə toplaşanlara referendumun keçirilməsi təşəbbüsünü səsləndirib.

 

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google