Meriya kondisionerlərin təmirinə 1450 lari ödəyib
Marneuli meriyası 8 kondisionerin təmirinə 1450 lari ödəyib. Yerli özünüidarə texnikanın təmizlənməsi, mühərrikin təmirini sadələşdirilmiş qaydada Elvar Nəbiyevdən alıb.

“Xatırladaq ki, Marneuli meriyasındakı kondisionerlərin təmizlənməyə, montaj və mühərrikin təmirinə ehtiyacı var. Xahiş edirik, müvafiq xidmətə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi tapşırığını verəsiniz”, – izahatnamədə yazılıb.

Elvar Nəbiyev Marneuli meriyasına oxşar xidmətləri dəfələrlə göstərib. Sadələşdirilmiş alqı-satqı veb-səhifəsinə baxsaq
görərik ki, fiziki şəxs Elvar Nəbiyev ilə yerli özünüidarə birbaşa müqavilələrin bağlanmasına 2012-ci ildən başlayıb və bu günə qədər 16 915 lari ödəyib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google