Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığortası 2026-cı il yanvarın 1-dək təxirə salınıb
Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığortası 2026-cı il yanvarın 1-dək təxirə salınıb.

Parlament üçüncü oxunuşda “Turizm haqqında” qanuna dəyişikliyi dəstəkləyib, ona görə Gürcüstana gələn turistlər 2026-cı il yanvarın 1-dək sağlamlıq və bədbəxt hadisələrdən sığorta almayacaqlar.

Layihəni Parlamentə “Gürcü arzusu”nun deputatları təqdim ediblər.

“Turizm haqqında” qanuna əsasən, Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt
hadisələrdən sığortası olmalıdır. Qeyd olunan şərt 2024-cü il iyunun 1-dən həyata keçirilməlidir.

Layihənin təşəbbüskarlarının izah etdiyi kimi, “Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığortası qaydalarının və şərtlərinin təsdiq edilməsi haqqında” qərarın hazırlanması prosesində bir sıra məsələlər müəyyən edilib və bu, müvafiq tələbin 2026-cı il yanvarın 1-dək dayandırılmasını məqsədəuyğun edib.

“Aydındır ki, özəl sektora uyğunlaşmaq üçün əlavə vaxt lazımdır və hazırkı mərhələdə gözlənilən dəyişikliklərə hazır deyil.

Yeni qaydaların tətbiqi çoxmərhələli hazırlıq prosesini tələb edir - özəl sektorun, eləcə də xarici ölkələrin səfirlik və konsulluqlarının lazımi qaydada məlumatlandırılması, informasiya kampaniyalarının aparılması və digər müvafiq tədbirlərin həyata keçirilməsi sektora səmərəli şəkildə kömək edəcək”,
- qanun layihəsinin izahatında deyilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google