Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisin
buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin
edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın
1-nə növbədənkənar seçkilər təyin edilib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin
iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən
deputatlara altıncı çağırış Milli Məclisin buraxılması
və
növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan
Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin
tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.
Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli
Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə
müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs
verib.
Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirdiyi iclasında
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin
edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar qəbul
edilib.
İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu
plenar iclası keçirilib. Sessiya bağlı elan edildikdən sonra VI
çağırış Milli Məclis işini yekunlaşdırıb.
Qeyd edək ki, bu ilin fevralında Azərbaycanda prezident seçkiləri
keçirilib və bu seçkilərdə Əliyev 92 faiz səs toplayıb.
Son parlament seçkilərində 2020-ci ildə keçirilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415