Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, iyulun 2-dək
Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək
çaxacağı gözlənilir.
Bəzi yerlərdə dolu, güclü küləyin əsəcəyi ehtimalı var.
Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): iyunun 29-da
gün ərzində əsasən yağmursuz keçəcəyi, iyunun 30-da və iyulun 1-də
qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın
temperaturu gündüz +26, +28 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik ərazilərində (Zestafoni, Kutaisi,
Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): bəzi yerlərdə qısamüddətli
yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu
gündüz +28, +30 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri,
Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): bəzi yerlərdə
qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın
temperaturu +27, +29 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): bəzi
yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Havanın temperaturu +24, +26 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali):
bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı
gözlənilir. Dolu
və güclü küləklər ola bilər. Havanın temperaturu
gündüz +29, +31 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli,
Axmeta, Dedoplistskaro): bəzi yerlərdə qısamüddətli yağış yağacağı,
şimşək çaxacağı gözlənilir. Dolu və güclü küləklər ola bilər.
Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsix, Borjomi, Duşeti,
Tianeti, Fasanauri): bəzi yerlərdə qısamüddətli yağış yağacağı,
şimşək çaxacağı gözlənilir. Dolu və güclü küləklər ola bilər.
Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka,
Bakuriani, Qudauri, Omalo): qısamüddətli yağış yağacağı, şimşək
çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu, güclü küləyin əsəcəyi
ehtimalı var. Havanın temperaturu gündüz +19, +21 dərəcə təşkil
edəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415