Amerikalı senator: “Gürcü Arzusu”na açıq şəkildə bildirmək istərdik ki, onların əməllərinə qarşı cavab tədbirləri olacaq

Amerikalı senator Gen Şahin bildirib ki, “Gürcü Arzusu” hökumətinin atdığı addımlar, cavabsız qalmayacaq. “Amerikanın səsi” onun bəyanatını yayıb.


“Biz [Gürcüstan] hökumətinin hazırkı liderlərinə, onların “Gürcü Arzusu”na açıq şəkildə bildirmək istərdik ki, onların hərəkətlərinə qarşı cavabımız olacaq. Biz Gürcüstandakı qeyri-hökumət təşkilatları, öz Milli Demokratiya İnstitutumuz və Gürcüstanda belə yaxşı iş görmüş Beynəlxalq Respublikaçılar İnstitutu ilə danışdıq.
Bizə deyirlər
ki, bu qanun çərçivəsində fəaliyyətlərini davam etdirə bilməyəcəklər. Ona görə də [təqdim etdiyimiz qanun layihəsi] bu qanunun qəbulunda iştirak edən şəxslərə qarşı sanksiyalar tətbiq edəcək”,
- deyə o bildirib.

Şahin həmçinin bildirir ki, “Gürcü arzusu”nun atdığı addımlar ABŞ-Gürcüstan hərbi əməkdaşlığına təsir edəcək.
Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print ელ. ფოსტა
თეგები: Gen Şahin Gürcü Arzusu
FaceBook Twitter Google