Marneuli meriyası Qurban Bayramında ehtiyacı olan ailələr üçün
375 kiloqram ət alıb.
Yerli özünüidarə 150 ailəyə 2,5 kiloqram ət almaq üçün 7875 lari
xərcləyib. Meriya 1 kiloqram ətə 21 lari ödəyib və ət
sadələşdirilmiş qaydada fərdi sahibkar Cəmil Xasməmmədovdan
alıb.
“Xatırladaq ki, Marneuli şəhərində hər il Qurban Bayramı qeyd
olunur. Həmin bayram bu il 16-17-18 iyun tarixlərində qeyd
olunacaq. Bayramda ehtiyacı olan ailələrə ət verilir. Ona görə də
bu il Qurban Bayramını qeyd etmək üçün, belə ailələrin ət ilə təmin
edilməsi üçün 150 ailəyə kifayət edəcək (hər ailəyə təxminən 2,5
kq) mal əti (təxminən 375 kq) lazımdır. Xahiş edirik, nəzərə
alasınız və bayram günlərində ehtiyacı olan ailələri ət ilə təmin
etmək üçün mal alasınız”, – izahatnamədə yazılıb.
Qeyd edək ki, Qurban Bayramı üç gün ərzində qeyd olunur və
müsəlmanların inancına görə, bu xeyirxahlıq, bağışlanma və sevgi
ifadə etmək üçün ən gözəl günlərdir.