Yerevan-Batumi qatarı Marneulidə dayanmayacaq

24 iyun tarixindən Yerevan-Batumi qatarı fəaliyyətə başlayacaq.


“Cənubi Qafqaz Dəmiryolu” tərəfindən yayımlanmış məlumata görə, Yerevan-Batumi istiqamətində qatar 1 oktyabr tarixinə qədər hərəkət edəcək.

Yerevandan Batumi istiqamətində ilk qatar 24 iyun tarixində çıxacaq və hər növbəti gün reys edəcək. Batumidən Yerevan istiqamətində ilk qatar 25 iyun tarixində çıxacaq və hər növbəti gün reysi təkrar edəcək.

“Gürcüstan Dəmiryolundan”
Yerevan-Batumi qatarının Gürcüstandakı dayanacaqları haqqında “Marneuli” radiosuna məlumat verəcəklər. Dayanacaqlardan biri Marabda kəndində olacaq.

“Gürcüstan Dəmiryolunun” məlumatına görə, qatar Marneulidə dayanmayacaq.

Yerevan-Batumi qatarının Gürcüstandakı dayanacaqları:

  • Marabda;
  • Tbilisi;
  • Xaşuri;
  • Tsipa;
  • Moliti;
  • Zestafoni;
  • Samtredia;
  • Ureki;
  • Kobuleti;
  • Maxincauri;
Yerevan-Batumi qatarının Ermənistandakı dayanacaqlarını təqdim edirik:
  • Armavir;
  • Qiumri;
  • Vanadzor;
  • Sanian;
  • Airum.

 


 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google