1 may tarixində Marneuli Bələdiyyə Məclisinin iclasında Gender
Bərabərliyi Şurasının yeni tərkibi təsdiq olunub.
Gender Bərabərliyi Şurasının yeni sədri İa Esebua Marneuli
Bələdiyyə Məclisi iclasında çıxışı zamanı bildirib ki, şuraya yeni
üç üzv əlavə olunur.
“Gender Şurasına yeni üzv olmaq istəyənlər var.
Xüsusilə media nümayəndələri, daha çox qeyri-hökumət təşkilatı və
media nümayəndəsinin şuraya qoşulmasına sevinərik. Bizimlə birlikdə
müxtəlif işlər həyata keçirməkləri çox yaxşı olar. Biz bunu sadəcə
alqışlayarıq. Buradan irəli gələrək üç nəfər istəyini bildirdi və
bizim şuraya qoşuldu. Xahiş edirəm səs verək ki, həmin adamlar
bizim şuranın üzvü olsunlar.
Maraqlıdırsa yeni üzvlərin kim olduğunu deyə bilərəm: Marneuli
TV-nin nümayəndəsi xanım Mariam Kveladze, iki nəfər isə bizim
əməkdaşımız cənab Roman Tabatadze və Baçana
Mumladze”, – İa Esebua bildirib.
Gender Bərabərliyi Şurasının sədri Marneuli Bələdiyyə Məclisinin
sədri Amiran Qiorqadze idi. O, Gender Şurasının rəhbərliyi
vəzifəsini ötən ay tərk edib və şuranın yeni sədri İa Esebua
olub.
“Xatırladım ki, bizim ötən həftə Gender Şurasının
üzvləri ilə iclasımız oldu. Bildiyiniz kimi bu şuranın rəhbəri mən
idim və dəyişiklik baş verəcək, bu vəzifəni İa xanım tutacaq.
Qalanlarına isə demək istəyirəm ki, kimsə şuraya üzvü olmaq istəsə
biz bunu alqışlayırıq və əlbəttə qeyri-hökumət təşkilatlarının da
Gender Şurasının müzakirə işinə qoşulmasını da
alqışlayarıq”.
Marneuli bələdiyyəsinin Gender Bərabərliyi Şurasında bu gün, 1 may
tarixində qəbul edilmiş dəyişiklik nəticəsində üzvlərin sayı 33
nəfərə qədər artıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.