Könüllülər Qiorqi Qaxeladzeni tapa bilməyiblər

Qiorqi Qaxeladzenin yaxınları bu gün səhər saatlarında onu axtarmaq üçün toplaşıblar.


Professor Qiorqi Qaxeladze artıq üçüncü gündür ki, Tbilisidə axtarılır. Bu gün könüllülər Vake parkının yaxınlığındakı meşədə axtarış aparsalar da, nəticəsi olmayıb.

İyunun 19-da 57 yaşlı Qiorqi Qaxeladze universitetə getmək üçün evdən çıxıb. Onun telefonu Vake parkının yaxınlığındakı telefon operatori tərəfindən təsbit olunub. Bir müddət
sonra dalğa itib. Qiorqi Qaxeladzenin qardaşı Levan Qaxeladzenin sözlərinə görə, istintaq orqanları parkdan kamera qyedlərini götürüblər və hazırda qeydləri yoxlayırlar.

Digər kameraların çəkilişlərindən aydın olur ki, Qiorqi Qaxeladze yaxınlıqdakı mağaza və aptekə daxil olaraq “aspirin” və araq alıb. Özünü normal aparıb. Levan Qaxeladze qardaşının yoxa çıxmasının səbəbinin nə ola biləcəyini deyə bilməyib.

Qiorqi Qaxeladzenin axtarışı üçün iyunun 21-də səhər saatlarında Tısbağa gölünə toplaşan əlliyə yaxın könüllü Vake parkı istiqamətində ərazini yoxlayıb. Şübhəli heç nə tapmayıblar.
Hazırda ərazidə fövqəladə halların idarə olunması xidməti işləyir.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google