3 ayda narkomaniya müayinəsindən keçmiş 1416 nəfərdən 2 nəfəri yetkinlik yaşına çatmayan olmaqla 1071 nəfərdə narkomaniya aşkar edilib
2024-cü ilin ilk üç ayı ərzində Daxili İşlər Nazirliyinin Ekspert-Kriminal Baş İdarəsinin Narkotiklərlə Mübarizə Xidməti tərəfindən ölkə üzrə 1416 nəfər narkomaniyaya qarşı müayinədən keçirilib, onlardan 1071 nəfərin narkoman olması təsdiqlənib.

Daxili İşlər Nazirliyinin açıqladığı statistik məlumatlara görə, narkotik vasitələrin təsirinə görə yoxlanılanların 1397 nəfəri kişilərdir, onlardan 1057 nəfəri müsbət nəticə göstərib; Və 19 qadından 14-nün narkotik aludəçisi
olduğu aşkarlanıb.

Bu ilin birinci rübündə narkomaniya üzrə müayinədən keçən şəxslərdən 5-i azyaşlı olub, onlardan 2-nin narkoman olması təsdiqlənib.

Statistikaya görə, narkotestdən keçən 831 nəfəri 25-44 yaş kateqoriyasında - 606 kişi, 9 qadın müsbət nəticə göstərib. Qeyd olunan dövrdə 60 yaşdan yuxarı 37 vətəndaş narkotestdən keçib - onlardan 24-ü narkoman olub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print ელ. ფოსტა
FaceBook Twitter Google