Bu ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə
Gürcüstandan avtomobillərin təkrar ixracı 7% azalıb.
Milli Statistika Xidmətinin məlumatına görə, ötən ilin hesabat
dövründə avtomobillərin təkrar ixracı 795 milyon ABŞ dolları, cari
ildə isə 739,7 milyon dollarlıq avtomobillərin təkrar ixracı həyata
keçirilib.
Onu da qeyd edək ki, ən çox avtomobil Qırğızıstana reeksport edilib
və
330,5 milyon ABŞ dolları təşkil edib, Qazaxıstan ikinci
yerdədir, buraya 237,2 milyon dollarlıq avtomobil reeksport
edilib.
Avtomobillərin ən çox reeksport edildiyi ilk on ölkədə qalan 8 yeri
aşağıdakı ölkələr bölüşür:
- • Azərbaycan - 94,7 milyon dollar;
- • Ermənistan - 42,3 milyon dollar;
- • Tacikistan - 8,49 milyon dollar;
- • Belçika - 5,5 milyon dollar;
- • Birləşmiş Ərəb Əmirlikləri - 5,38 milyon
dollar;
- • Ukrayna - 3,91 milyon dollar;
- • Türkiyə - 3,28 milyon dollar;
- • Özbəkistan - 2,28 milyon dollar
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415