Bir həftədir işləməyən işıqforda yoxlama işləri aparılıb
Marneulidə, Rustaveli küçəsində yerləşən işıqforda yoxlama işləri aparılıb. Yol hərəkətini tənzimləyən qurğunun yoxlayışını “Qzacvaredini” MMC 500 lariyə həyata keçirib.

Meriyanın Əmlakın İdarəolunması və Maddi-Texniki Təminat Xidmətinin rəhbəri Davit Xarşiladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, yoxlama nəticəsində qısaqapanma zamanı UPS və akkumulyatorun sıradan çıxması aydın olub.

Onun açıqlamasına görə, bələdiyyə lazımı materialı yaxın günlərdə alacaq və
işıqforun fəaliyyəti bərpa olunacaq.

Marneulinin yeganə işıqforu artıq bir həftədir, işləmir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google