"Daha yaxşı görünür" - ombudsman Saakaşviliyə baş çəkib
Gürcüstanın ictimai müdafiəçisi Levan İoseliani eks-prezident Mixeil Saakaşvilini ziyarət edib.
Səfərdən sonra o, jurnalistlərə deyib ki, Saakaşvili əvvəlki səfərlə müqayisədə indi fiziki cəhətdən xeyli yaxşı görünür.

“Əlbəttə, səhhətilə bağlı məlumat almışam, amma bu barədə ictimaiyyətə danışa bilmərəm. Onun transfer məsələsinə gəlincə, bu, ümumiyyətlə, gündəmdə deyil.
Mixeil Saakaşvilinin əvvəlki səfərdəki fiziki görünüşünü müqayisə etsək, o, bundan
qat-qat yaxşı görünür”,
- İoseliani bildirib.

“Vivamedi” klinikasında Mixeil Saakaşvili ilə yanaşı, Levan İoseliani digər məhbuslarla da görüşüb. Onun sözlərinə görə, hazırkı mərhələdə 10-a qədər məhbus “Vivamed”də müalicə alır.
Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
თეგები: Levan İoseliani Mixeil Saakaşvili
FaceBook Twitter Google