Meriyadan verilən məlumata görə, Tbilisiyə yağan güclü yağış
paytaxtın müxtəlif ərazilərində müəyyən problemlər yaradıb.
Onların məlumatına görə, Qldani rayonu xüsusilə təsirlənib.
"Muxiani kəndindəki bağ evlərində həyətyanı sahələri su
basıb. Həmçinin qabaran Qldanula çayı yerli sakinin həyətyanı
sahəsini basıb və torpağı yuyub.
"Bir neçə ünvanda yol infrastrukturuna ziyan dəyib, ağacların
aşması və yamacların aşması halları baş verib", -
meriyanın məlumatında deyilir.
Meriyadan verilən məlumata görə, yağışın problem yaratdığı yerlərdə
fövqəladə halların idarə olunması xidmətinin, meriyanın idarə
heyətinin və müvafiq qurumların əməkdaşları işləyir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.