Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən dəmir yolu -
Bakı-Tbilisi-Qars yenidənqurmadan sonra təxminən iki həftəyə
istifadəyə veriləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi Rövşən Rüstəmovun
sözlərinə görə, dəmir yolu xətti mayın 20-dən tam istismara
veriləcək.
Xatırladırıq ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın
30-da istifadəyə verilib. Layihə çərçivəsində 98 km uzunluğunda
Qars-Axalkalaki dəmir yolu xətti çəkilib ki, bunun da
68 km-i
Türkiyə ərazisindən, 30 km-i isə Gürcüstan ərazisindən keçir.
Bundan əlavə, layihə çərçivəsində 183 kilometrlik
Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulması işləri aparılıb.
Magistralın Gürcüstan hissəsindəki işlər Azərbaycan tərəfindən
maliyyələşdirilib və bu, Gürcüstana 775 milyon dollar məbləğində
iki güzəştli kredit verib.
Ötən ilin yazında aparılan modernləşdirmə ilə əlaqədar sözügedən
dəmir yolu magistralında nəqliyyatın hərəkəti dayandırılıb.
Modernləşdirmədən sonra yükdaşımaların həcminin 5 dəfə artacağı
gözlənilir. Bundan əlavə, ilk mərhələdə yük dövriyyəsinin ildə 6,5
milyon tona, sərnişinlərin həcminin isə bir milyon nəfərə çatacağı
nəzərdə tutulur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.