Dəmyə Görarxı ictimai məktəbində müstəqillik gününə həsr edilmiş tədbir keçirilib (FOTO)
22 may tarixində Dəmyə Görarxı ictimai məktəbində 26 May Gürcüstanın Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə məktəb və bağça müəllimləri, dəvət olunmuş qonaqlar və kənd sakinləri iştirak ediblər.

Tədbir Dəmyə Görarxında fəaliyyət göstərən uşaq bağçasının müəllimləri tərəfindən təşkil edilib. Onların sözlərinə görə, gələcəkdə də bu cür tədbirlərin keçirilməsi planlaşdırılır.

Tədbirdə Gürcüstan bayrağı ucaldılıb və
sülhün rəmzi olan göyərçin havaya buraxılıb. Bununla yanaşı tədbirdə gürcü və azərbaycan dillərində şeirlər səsləndirilib və rəqslər nümayiş etdirilib. Həmçinin valideynlərin dəstəyi ilə 26 Maya həsr olunmuş sərgi də təşkil edilib.

Qeyd edək ki, 1918-ci ilin mayın 26-da Gürcüstanın Milli Şurası dövlət müstəqilliyi aktını qəbul edib. Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika Sovet işğalınadək – iki il yarım mövcud olub. Bu dövrdə Gürcüstanın müstəqilliyi aparıcı Avropa ölkələri tərəfindən tanınıb. Gürcüstan müstəqilliyini 70 ildən sonra – 1991-ci ilin aprelin 9-da yenidən bərpa edib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print ელ. ფოსტა
FaceBook Twitter Google