"Taxıl sazişi” çərçivəsində indiyədək Ukrayna limanlarından 12
milyon tona yaxın taxıl ixrac olunub”.
“Hürriyət” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri
Hulusi Akar deyib.
O, prosesin davam etdiyini vurğulayıb.
Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və
gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb.
Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara
dəniz limanlarından
taxılın ixracı prosedurunu tənzimləyir.
Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda
Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq
və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq
üçün nəzərdə tutulub. Noyabrın 17-də “Taxıl sazişi”nin müddətinin
daha 120 gün müddətinə uzadılması barədə razılıq əldə olunub.