Prokurorluğun məlumatına görə, Batumi Şəhər Məhkəməsi
prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edərək,
təqsirləndirilən şəxsi ağırlaşdırıcı şəraitdə qardaşını qəsdən
öldürməkdə təqsirli bilib.
“Məhkəmə zamanı tədqiq edilən dəlillər sübut edib ki,
2023-cü il iyunun 2-də Xelvaçauri bələdiyyəsinin Kibe kəndində
yerləşən yaşayış evinin həyətində təqsirləndirilən şəxs qarşılıqlı
mübahisə zəminində qardaşını tüfəngdən açdığı atəşlə qətlə
yetirib" - deyə agentliyin məlumatında
deyilir.
Həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları Gürcüstan Cinayət
Məcəlləsinin 11 Prima 109-cu maddəsinin “K” bəndi (ailə üzvünü
qəsdən öldürmə) ilə ittiham olunan müttəhimi saxlayıblar.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 16 il müddətinə
azadlıqdan məhrum edilib.