Sosial şəbəkələrdə, o cümlədən Telegram kanallarında aprelin 22-də
Tbilisidə bir neçə məktəb
və ticarət mərkəzlərinə hücumun planlaşdırıldığı barədə məlumatlar
yayılıb.
Məlumatlar Telegram kanallarında rus dilində yayılıb.
"Biz birbaşa deyirik hara gedəcəyik... uşaqları bu
məktəblərdə güllələyəcəyik. 20 nəfərik, polisdən qorxmuruq. Bizi
tuta bilməyəcəklər"...
Dövlət Təhlükəsizliyi Xidmətindən AzadlıqRadiosuna verilən məlumata
görə, qurumda proses gedir, yayılan məlumatlara bir müddət əvvəl
reaksiya verilib və iş davam etdirilir. DTX bildirib ki: “Hazırda
heç nə aşkar olunmayıb”.
Onların sözlərinə görə, məktəblərdən birinin yaxınlığında silah
tapılması xəbəri yalandır.
Məlumatın yayılmasından Təhsil Nazirliyi də xəbərdardır: “Müvafiq
qurumlar bununla bağlı iş aparır”, - deyə qurumun
mətbuat xidmətindən bizə məlumat verdilər.
Sosial şəbəkələrdə bəzi məktəblərdə dərslərin ləğvi ilə bağlı
hələlik Təhsil Nazirliyi tərəfindən təsdiqlənməyən məlumatlar
yayılıb.
“Azadlıq” radiosunun məlumatına görə, məktəb rəhbərliyi
valideynlərə övladlarını aprelin 22-də məktəbə göndərməmək barədə
xəbərdarlıq edir.
Aprelin 21-i axşam saatlarında sosial şəbəkələrdə aprelin 22-də
Tbilisidə bir neçə məktəbdə “terror aktı”nın planlaşdırıldığı
barədə məlumat yayılıb.
Bənzər məzmunlu məlumat düz üç ay əvvəl Batumidə yayılıb.
Həmin vaxt Dövlət Təhlükəsizlik Xidməti yalan məlumatların
Batumidəki ticarət mərkəzləri və təhsil müəssisələri ilə bağlı
olduğunu bildirib. Nə qədər binaya baxış keçirildiyi
açıqlanmayıb.
21 yanvar 2024-cü il tarixində Acarıstanın yerli KİV-ləri
hüquq-mühafizə orqanlarının, o cümlədən kinoloji mütəxəssislərin
Batuminin bütün iri ticarət mərkəzlərini, “Batumi Plaza”, “Batumi
Mall”, “Grand Mall”, “Metro City” və "Agrohub"u yoxladığını
bildirmişdi. Müxtəlif mənbələrə görə, Batumidəki 5 dövlət məktəbi
də yalan mesajlara görə bağlanmışdı.
Batumi sakinləri sosial şəbəkələrdə yazıblar ki, - çaxnaşma
səbəbindən valideynlər aprelin 22-də övladlarını məktəbə
buraxmayırlar.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.