Etirazlarda iştirak edən bayker hücuma məruz qaldığını iddia edib

"Rus qanununa" qarşı etiraz aksiyalarının iştirakçısı olan bayker Laşa Qvinianidze telefonla təhdidlər aldıqdan sonra hücuma məruz qaldığını iddia edir.


Qvinianidzenin sözlərinə görə, ona tibbi yardım göstərilib - dodağına tikiş qoyulub.

“72 yaşlı atama zəng vurub oğlunu öldürəcəkləri ilə hədələdilər. Əvvəlcə bunun sadəcə təhdid olduğunu və başqa bir şey olmadığını düşündük, amma görürük ki, evə basqınlar barədə də xəbərlər var. Mənim harada olduğumu necə bildiklərini bilmirəm. Mənə şübhəli nömrədən zəng gəldi, telefonu açdım amma qarşı tərəfdən cavab verən olmadı. Ola bilsin ki, onlar məkanı belə öyrəniblər. Təxminən 10 dəqiqə ərzində maskalı 3 nəfər üstümüzə atıldı. Sonra bizə salam verib arxadan hücuma keçdilər”, - deyə Qvinianidze “Formula” verilişində bildirib.

Aksiyaların daha iki iştirakçısına - Dima Çikovani və Qia Caparidzeyə hücum
barədə məlumat yayılıb.

"Rus qanununa" qarşı davamlı etiraz aksiyalarında iştirak edən siyasətçilərə, jurnalistlərə və sıravi fəallara artıq ikinci gündür ki, xarici və ya gürcü nömrələrdən zənglər gəlir.
Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


 

Print ელ. ფოსტა
თეგები: Basqın Hücum Rus qanunu Təhdid
FaceBook Twitter Google