Marneuli meriyası 2023-cü ildə bələdiyyə nəqliyyatının inkişafına 1 380 000 lari xərcləyəcək
Marneuli yerli özünüidarəsi 2023-cü il ərzində bələdiyyə nəqliyyatının inkişafına 1 380 000 lari xərcləməyi planlaşdırır.

Marneuli Bələdiyyə Məclisi tərəfindən təsdiq edilmiş 2023-cü ilin yerli büdcəsinə görə, bələdiyyə nəqliyatının inkişafı proqramı çərçivəsində Marneuli Avtoparkına subsidiya ayrılacaq. Bu Avtoparkın qaydasında fəaliyyət göstərməsi və mövcud avtomobil parkının yenilənməsi üçün həyata keçiriləcək.

“İndiki mərhələdə bələdiyyənin Avtoparkının balansında 21 nəqliyyat vasitəsi
var (Onlardan 17-si avtobus, 4-ü mikroavtobusdur). Hazırda “Marneuli Avtoparkı” MMC 19 marşrutla 45 kəndə xidmət göstərir. İl ərzində daşınan sərnişinlərin sayı təxminən 1 160 000 nəfərdir.

Proqram çərçivəsində Marneuli Avtoparkının qaydasında fəaliyyət göstərməsinə dəstək məqsədi ilə ona subsidiya ayrılacaq”,
– Bələdiyyə nəqliyyat sistemi proqramının izahatında yazılıb.

Marneuli meriyası bələdiyyə Avtoparkına 900 000 lari subsidiya verəcək.

2023-cü il ərzində yerli özünüidarə iki nəqliyyat vasitəsinin alınmasını da planlaşdırır. Nəqliyyat vasitəsi faiz maliyyələşdirilməsi çərçivəsində əldə olunacaq. Buna əsasən, 2023-cü ildə avtobusların dəyərinin 40%-i ödənilməlidir. Bələdiyyə nəqliyyatının yenilənməsi proqramı üçün büdcədən 480 000 lari ayrılıb.


Print ელ. ფოსტა
FaceBook Twitter Google