“Gürcüstanda istehsal et” İntiqam Muradova biznesini inkişaf etdirməyə necə kömək edib
Algeti kənd sakini İntiqamMuradov ötən il “Gürcsüstanda istehsal et” proqramının maliyyə dəstəyi ilə avtorobot alıb. Ustaya işini asan görməyə kömək edən texnikadan bələdiyyə miqyasında cəmi üç dənədir. İkisi şəhərdə, biri isə Algeti kəndində.

İntiqam maşınların təmiri ilə 10 yaşından maraqlanıb və həvəsini peşəyə çevirib. Öz evinin həyətində kiçik emalatxana yaradıb. Biznesin inkişafına və genişləndirilməsinə “Gürcüstanda istehsal et”
yardım edib və müasir texnikanın alınması üçün 29 000 lari maliyyə verib. Usta deyir ki, əgər indiyə kimi bir maşının təmirinə həftələrlə vaxt lazım idisə, indi avtorobotun vasitəsi ilə proses maksimum iki gün davam edir. Marneulinin müxtəlif kəndlərindən və Tbilisidən nəqliyyatın təmiri üçün onun yanına gəlirlər.

“İndi işim çox asanlaşıb, əvvəl hər şeyi əlimlə edirdim. Məsələn, bu texnika qalayı çox yaxşı düzəldir. Əgər bir maşına bir həftə vaxt lazım idisə, indi bu avto robotun köməyi ilə bir ya iki gündə bitirə bilirəm. Bu aparat olmayanda çox əziyyət çəkirdim, gələn müştəriləri başqa yerə göndərirdim və pulu başqa ustaya ödəyirdim, sonra buraya gətirirdim, başqa hissələri burada təmir edirdim. İndi yerində hər şeyim var və əksinə, başqa ustalar mənim yanıma gəlirlər. Düzünü desəm, layihə yazanda inanmırdım ki, bunlar olacaqdı. Bankın kreditini də düşünürdüm, ancaq çox sevindim.”

İntiqam Muradov “Gürcüstanda istehsal et” layihəsinə yenə də qoşulmağı düşünür və başqalarına da biznes ideyalar təqdim etməyi məsləhət görür. Muradov qrant müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçməli və aplikasiya doldurmalı olub. Təşkilat mikro və kiçik sahibkarlara dəstək proqramına biznes ideyalar qəbul etməyə artıq başlayıb.

Ərizəni doldurmaq üçün qrant komponeneti platformasında - Grantsenterprise.ge.- də qeydiyyatdan keçin.

Ətraflı videodan izləyin:


Ərizələrin son qəbulu 11 aprel saat 15:00-da başa çatacaq


Ətraflı məlumatı “Gürcüstanda istehsal et” layihəsinin veb-səhifəsindən ala bilərsiniz ya da proqram nümayədnələri ilə konsultasiyadan keçin. Bu nömrəyə zəng vurun: 558984888

Dövlət proqramının kiçik və mikro sahibkarlığı çərçivəsində elan edilmiş qrant müsabiqəsində hər hansı yetkin Gürcüstan vətəndaşının, proqram çərçivəsində maliyyələşdirmə ala bilməyən, yaxud ilk dəfə iştirak edən, həmçinin, - 2020-ci il qrant müsabiqəsinin qalib benefisiarlarına əlavə olaraq, proqramın mikro və kiçik sahibkarlıq hissəsi ilə müəyyən edilmiş təşviqi artıq bir dəfə almış sahibkarlıq subyekti.

Proqram bütün Gürcüstan miqyasında həyata keçirilir.

Proqram çərçivəsində dəstək maksimum 30 000 lari dəyərində qrant ayırmağı nəzərdə tutur. Proqram çərçivəsində 300-dən artıq iqtisadi işin maliyyələşdirilməsi mümkündür.

Print ელ. ფოსტა
FaceBook Twitter Google