1 iyul tarixində Marneuli “Marnekor” klinikasında ürək cərrahiyəsi ilə bağlı pulsuz konsultasiyalar keçiriləcək
Reklam

1 iyul tarixində İsrail-Gürcüstan çoxşaxəli klinikası “Helsikor”-un Ürək Cərrahiyə Şöbəsinin rəhbəri Levan Aroşidze Marneuliyə, “Marnekor” klinikasına gələcək. Həkim gün ərzində ürək cərrahiyəsi ilə əlaqədar pulsuz konsultasiyalar həyata keçirəcək.

Ünvan: 26 may küçəsi, 80 (Köhnə xəstəxana binası)

Əlavə məlumat almaq üçün saat 10:00-dan 18:00-a kimi zəng vura bilərsiniz: 595353135

İsrail-Gürcüstan çoxşaxəli klinikası “Helsikor” 2014-cü ildə təsis
edilib. Tibb müəssisəsinin məqsədi ictimaiyyətə hazırda Gürcüstanda olmayan və xəstələrin əksər hallarda müalicə üçün xaricə getməli olduğu xidmət təklif etmək idi.

Hazırda klinikanın ambulatoriya, eləcə də stasionar xidmətləri var. Xəstələr “Helsikorda” 24 saatlıq təxirəsalınmaz tibbi xidmətdən, yüksək texnoloji laboratoriya və radiologiya şöbəsindən faydalana bilər.

Klinika həmişə inkişaf edir və xəstələrə həmişə yeniliklər təklif edir. “Helsikor” komandası aparıcı mütəxəssislərdən ibarətdir.

Ürək problemi olan hər kəs “Helsikorun” Ürək Cərrahiyə Şöbəsinin rəhbəri Levan Aroşidzenin qəbuluna düşə bilər.

Ürək Cərrahiyə Şöbəsində olan xidmətləri sizə təqdim edirik:
  • Standart və mini-invaziv üsullarla koronar arteriya şuntlama;
  • Həm açıq, həm də mini-invaziv üsullarla qapaq əməliyyatı (dəyişdirmə, təmir);
  • Aorta cərrahiyyəsi;
  • Ürək şişləri;
  • Yeniyetmələrdə anadangəlmə ürək çatışmazlıqları;
  • Perikardit xəstəlikləri.

Foto: Ürək cərrahı Levan Aroşidze
Print ელ. ფოსტა
FaceBook Twitter Google